Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İşgüzarların sosial şəbəkəsində istifadəçilərin sayı 150 milyonu ötüb
İşgüzar ünsiyyət üçün nəzərdə tutulmuş "Linkedln" sosial şəbəkəsi istifadəçilərinin sayı 150 milyonu ötüb, şirkət rüblük maliyyə hesabatının elan edilməsi gedişində bildirib.
2011-ci ilin noyabr ayından etibarən sosial şəbəkənin auditoriyası 20 milyon artıb. Kəskin rəqabətə baxmayaraq, "Linkedln" sosial internet-resurslar bazarında öz yerini tapa bilib.
Dördüncü rübün nəticəsinə görə, sosial şəbəkənin təmiz mənfəəti 30% artaraq 6.9 milyon dollar, mədaxili isə 100%-dən çox artaraq 167.7 milyon dollar təşkil edib.
Ötən rüb ərzində "Linkedln" proqram təminatı hazırlanması üzrə departamentin yenidən təşkil edilməsi prosesini bitirib.
Bundan əlavə, sosial şəbəkə ABŞ-dan kənarda Yaponiya, Hindistan və Braziliyada 3 yeni ofis açıb. Həmçinin interfeysi 5 dilə keçirmək imkanı əlavə edib.
ria.ru/technology/20120210/561778102.html
10/02/12 Çap et