Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası təhlükəsizlik üzrə 9 bülleten buraxacaq


"Microsoft" korporasiyası gələn həftə təhlükəsizlik üzrə 9  bülleten buraxacağı haqqında məlumat verib. Onlardan 4-ü kritik təhlükə  dərəcəsinə malikdir. Buraxılacaq bülletenlər "Windows" əməliyyat sistemində, həmçinin "İnternet Explorer", "Office", ".Net" və "Silverlight" proqram təminatlarında 21 boşluğu aradan qaldıracaq.

"Microsoft" şirkətinin təsvirinə əsasən, 4 kritik təhlükəli boşluqdan artıq 2-si üçün haker eksploiti mövcuddur. Hakerlər həmin eksploitlər vasitəsi ilə  istifadəçi məlumatlarını oğurlaya və kompyuteri zərərverici proqram təminatı ilə yoluxdura bilərlər. Həmçinin qeyd etmək lazımdır ki,  yamaqlardan biri "Server 2008 R2" əməliyyat sistemi üçün nəzərdə tutulub.

Maraqlısı isə odur ki, "Windows XP" əməliyyat sistemi ilə müqayisədə "Windows 7" əməliyyat sistemi üçün daha çox düzəldilmə buraxılır.Yamaq dəstinin fevral ayının 14-ü tarixinə buraxılacağı gözlənilir.


http://cybersecurity.ru/os/143905.html







10/02/12    Çap et