Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı İKT şirkəti məlum oldu


Yeni nəsil "iPad" haqqında şayiələrin yayıldığı bir vaxtda "Apple" korporasiyasının səhmlərinin qiyməti rekord göstəriciyə çatıb. Ötən günün yekunları üzrə şirkətin qiymətli kağızlarının dəyəri təxminən 3,5 faiz bahalaşaraq 1 səhm üçün 493 dollar təşkil edib.

Eyni zamanda "Apple"-ın bazar kapitallaşması 459,8 milyard dollar olub. Bu, əsas iki rəqib – "Google" (198,8 milyard dollar) və "Microsoft" (258,2 milyard dollar) şirkətləri ikisi birlikdə olmaqla onların dəyərindən daha çoxdur. Bu barədə "Onliner" nəşri yazır.


Hazırda bazar kapitallaşması göstəricisi üzrə ABŞ İT-korporasiyası dünyada ən bahalı şirkətdir. "Apple"-ın yaxın izləyicisi "Exxon Mobil" neft şirkətinin geriləməsi 58 milyard dollaradək artıb.
Ekspertlər hesab edirlər ki, "Apple"-ın səhmlərinin qiyməti yaxın günlərdə 1 qiymətli kağız üçün 500 dollar həddini ötə bilər.
 





10/02/12    Çap et