Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə çip bazarında artım 3 faiz təşkil edəcək
2012-ci ilin nəticəsinə əsasən, çip bazarında artım təxminən 2,3-4,3 faiz təşkil edəcək, “IC Insights” şirkətinin analitiki Mayk Kovon belə proqnoz verib. Mütəxəssis bildirib ki, o, hesablamasında bu sahə üzrə “World Semiconductors Trade Statistics” (WSTS) statistik təşkilatı tərəfindən səsləndirilmiş göstəriciləri diqqətə alıb.
Kovonun proqnozlarına görə, 2011-ci ildə çip bazarında mədaxil 300 milyard dollara çatmayıb və 299,52 milyard dollar təşkil edib. 2012-ci ildə isə 306,381 milyard dollar, 1 il sonra 312,381 milyard dollar dəyərində mədaxil gözlənilir. “WSTS” təşkilatının 2012-ci il üçün proqnozu isə 310 milyard dollardır, “EE Times” internet-nəşri xəbər verib.
http://www.dailycomm.ru/m/17212/
10/02/12 Çap et