"Alcatel-Lucent" 2011-ci ildə 1,1 milyard avro dəyərində təmiz mənfəət əldə edib
"Alcatel-Lucent"-in təmiz mənfəəti 2011-ci ilin nəticəsinə görə, 1,095 milyard avro təşkil edib. Məlumat üçün qeyd edim ki, şirkət 2010-cu ildə 334 milyon avro dəyərində təmiz zərərə məruz qalmışdı.
2011-ci ildə "Alcatel-Lucent"-in mədaxili 2,1% azalaraq 15,327 milyard avro təşkil edib.
"Alcatel-Lucent" - dünyanın bütün ölkələrində xidmət-provayderlərin, korporativ sifarişçilərin və dövlət strukturlarının son istifadəçilərə səs, video və məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi üçün həllərin çatdırılması üzrə tərəfdaşıdır. 2006-cı ildə "Alcatel" və "Lucent Technologies" telekommunikasiya nəhənglərinin birləşməsi yolu ilə yaradılmış şirkətin qərargahı Parisdə yerləşir.
Emil
digit.ru/business/20120210/389198328.html