Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fevralın sonuna qədər Bakı Sərnişin Vağzalında Pos-terminallar istifadəyə veriləcək


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı Sərnişin Vağzalında gediş haqlarının plastik kartlarla ödənilməsi üçün Pos-terminalların quraşdırılmasını davam etdirir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Nəqliyyat Nazirliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda hava şəraitinin çətin keçməsi ilə əlaqədar işlərdə bir qədər ləngimə yaranıb: ” Pos-terminalların quraşdırılmasında iqlim şəraitinin yaratdığı vəziyyətə görə texniki problemlər yaranıb.

Buna baxmayaraq, bu ayın sonuna qədər onların istifadəyə verilməsi mümkün olacaq və sərnişinlər onlardan yararlana biləcəklər. Pos-terminallardan istifadənin üstünlüyü insan amilinin minimuma endirilməsidr. Bununla da sərnişinlərin rahatlığının təmin olunmasında daha bir addım atılmış olacaq”.




Həqiqət




11/02/12    Çap et