Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"The Sims Social"oyunu "Facebook"da ən populyar oyunların beşliyinə daxil olub
"Facebook" sosial şəbəkəsində "Electronic Arts" şirkəti tərəfindən istifadəyə verilmiş "The Sims Social" oyunu bu sosial şəbəkədə ən populyar oyunların beşliyinə daxil olub."Socialbakers" statistik resursunun məlumatlarında bildirilir ki, "The Sims Social" oyunu "Facebook" sosial şəbəkəsində 2011-ci ilin yayında istifadəyə verilib və 6 ay ərzində populyar oyunların beşliyinə daxil ola bilib.
"Socialbakers" resursunun məlumatına görə, oyunun aylıq auditoriyası 21 milyon istifadəçi təşkil edir. "Facebook"da oyun əlavələri arasında lider əvvəlki kimi "Zynga" şirkətinin "CityVille" oyunudur. Bu oyunun aylıq auditoriyası 47 milyon istifadəçidən çoxdur.
digit.ru/internet/20120210/389198678.html
Emil
11/02/12 Çap et