Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Axtarış nəhəngi xidmətlərini təkmilləşdirəcək
"Google" şirkəti "Screenwise" layihəsində iştirak edən istifadəçilərə pul ödəyəcək. Şirkət bu layihə vasitəsi ilə məhsul və xidmətlərini təkmilləşdirməyə ümid edir.
"İstifadəçilərin köməkliyi ilə öyrənəcəklərimiz bizə məhsulları və "Google" xidmətlərini təkmilləşdirməyə kömək edəcək" - layihə saytında qeyd edilib.
Tədqiqatda iştirak etmək üçün 13 yaşdan yuxarı istifadəçilər "Chrome" veb-səyyahı üçün xüsusi genişlənmə quraşdırmalıdırlar. Sonralar proqram "Google"-a istifadəçilərin daxil olduğu saytlar haqqında məlumat göndərəcək.
Genişlənməni yükləmiş istifadəçilər "Google" şirkətinin bu layihə üzrə partnyoru olan "Khowledge Networks"-dən "Amazon" internet mağazası üçün 5 dollar dəyərində hədiyyə kartı alacaqlar. Maksimal mükafat məbləği 25 dollar ola bilər.
"Google" nümayəndələri qeyd ediblər ki, "Amazon" tədqiqatın sponsoru deyil.
"Google" şirkəti "Screenwise" tədqiqatını yeni məxfilik siyasətinin tənqid edilməsi fonunda təqdim edib. Məlumat üçün qeyd edim ki, yeni məxfilik siyasəti mart ayının 1-də qüvvəyə minməli və şirkətin təxminən 60 xidmətini birləşdirməlidir.
Emil
11/02/12 Çap et