Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin saytını blok ediblər
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saytına cümə günü axşamdan şənbə gününə kimi daxil olmaq mümkün olmayıb, idarənin veb-resursuna hücum üçün məsuliyyəti öz üzərinə "Anonymous" haker qruplaşması götürüb. "Frans-Press" agentliyinin xəbərinə görə,
"MKİ"nümayəndələri hələ bu hadisə ilə bağlı heç bir şərh verməyiblər.
Bu, "Anonymous" haker qruplaşmasının Amerikanın dövlət idarələrinin saytlarına ilk hücumu deyil: onlar keçən ay ABŞ-ın Ədliyyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun (FTB) veb-resurslarını blok etmişdilər.
Hakerlər bu hücumlar ilə "Megaupload" fayl mübadiləsi saytının bağlanılmasına öz etirazlarını bildiriblər.
"Anonymous" haker qruplaşmasının üzvləri 2010-cu ilin sonunda ifşaedici "WikiLeaks" resursunun iş fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar təşkil etməklə çox populyarlaşdılar. Hücum edilmiş resurslar arasında "PayPal", "Visa" , "MasterSard" və s. resurslar olub.
11/02/12 Çap et