Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ hakimiyyəti "Google" və "Motorola" şirkətləri arasındakı sazişi təsdiqləmək niyyətindədir
ABŞ Ədliyyə Nazirliyi keçən ilin avqust ayında elan edilmiş "Google" internet şirkətinin "Motorola Mobility" mobil elektronika istehsalçısını satın alması üzrə sazişi təsdiqləmək niyyətindədir.
"Röyters" agentliyinin məlumatına görə, 12,5 milyard dollar dəyərində saziş artıq gələn həftə ABŞ hakimiyyəti tərəfindən təsdiqlənə bilər.
"Motorola" şirkəti ən böyük "Android" istehsalçılarından biridir. Bundan əlavə, şirkət iri patent portfoliosuna malikdir. Bu isə "Google" şirkətinə rəqiblərinin iddialarına qarşı uğurla müqavimət göstərməyə imkan verəcək.
12,5 milyard dollar dəyərində saziş artıq hər iki şirkətin səhmdarları tərəfindən təsdiqlənmişdir və hazırda ABŞ, Avropa Birliyi, Kanada, Çin, İsrail və Tayvan tənzimçiləri tərəfindən təsdiq gözləyir. Türkiyə və Rusiyanın antiinhisar orqanları artıq bu satınalmanı təsdiqləyiblər.
Emil
11/02/12 Çap et