Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” haker qruplaşması Panama hökuməti və parlamentinin saytlarına hücum ediblər


"Anonymous" haker qruplaşması şənbə günü Panama hökuməti və parlamentinin saytlarına hücum ediblər. Buna səbəb müxtəlif ölkə hökumətlərinin internetdə məhdudiyyət yaratmaq cəhdidir,- hakerlər "Twitter" vasitəsilə bəyan ediblər.

"Anonymous" qrupunun iddialarına görə, hücum şənbə günü həyata keçirilib. Hazırda Panama hökumətinin və parlamentinin saytları normal rejimdə işləyir.

Bundan əlavə, hakerlər "www.estrategiaweb.com" saytını "sındırmış" və əsas səhifədə ispan dilində belə müraciət yerləşdiriblər: "Biz – "Anonymous" qrupuyuq, biz bağışlamırıq, unutmuruq, bizi gözləyin".

"Anonymous" haker qruplaşması 2010-cu ilin sonunda, onun iştirakçıları ifşaedici "WikiLeaks" resursunun fəaliyyətinə mane olan şirkət və təşkilatların saytlarına "DDoS" hücum seriyası təşkil etdikdə geniş populyarlıq qazanıb. Hücum edilmiş resurslar arasında, həmçinin "PayPal", "Visa" və "MasterCard" saytları da olub.


 

EMİL





13/02/12    Çap et