Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da “iPhone” və “iPad” trafik həcminə görə ilk dəfə olaraq “Mac” kompyuterlərini ötüb
"iPhone" smartfonları və "iPad" planşet istifadəçiləri "Apple" şirkətinin "Mac OS X" əməliyyat sistemi ilə müqayisədə fevral ayında Amerika saytlarına daha çox daxil olublar,- "Chitika" marketinq şirkətinin məlumatında belə qeyd edilib.
Şirkətin təqdim etdiyi statistika 2011-ci ilin avqustundan 2012-ci fevral ayının əvvəlinə kimi olan dövrü əhatə edir. Fevral ayında "Apple" şirkətinin mobil qurğuları üzrə internet-trafikin həcmi ilk dəfə olaraq şirkət tərəfindən istehsal edilən fərdi kompyuterlərin analoji göstəricisini ötüb.
Fevral ayının əvvəlində "iPhone" və "iPad" üzrə internet-trafikin həcmi 8.15% olub, halbuki "Mac" kompyuterlərinin payı 7,96% təşkil edib.
Bu trend həm də "Apple" qurğularının satışlarını əks etdirir. Şirkət 2011-ci ilin dördüncü rübündə 52 milyondan çox "iPhone" və "iPad" qurğuları satıb. Bu göstərici "Mac" kompyuterlərinin hesabat dövrü üzrə satışlarından 10 dəfə artıqdır.
EMİL
13/02/12 Çap et