Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Microsoft” korporasiyasının onlayn-mağazasını “sındırıblar”


Haker qrupu "Microsoft" korporasiyasının Hindistandakı "Microsoft India Store" onlayn-mağazasını "sındırıblar".

Bu barədə dünən, fevral ayının 12-də məlum olub. "Microsoft India Store" onlayn-mağazasının əsas səhifəsində yerləşdirilmiş təsvirdə xidmətin "EvilShadow" adlı haker komandası tərəfindən "sındırıldığı" bildirilib, "Hackteach" yazıb.

"EvilShadow" haker qrupunun Çindən olduğu güman edilir. Hakerlər "Microsoft India Store" onlayn-mağazası istifadəçilərinin verilənlər bazasını ələ keçirmiş və onları internetdə açıq girişdə yerləşdiriblər. Ən pisi isə odur ki, verilənlər bazasında istifadəçi hesablarının şifrələri şifrlənməyib.
 



EMİL 
 
 
 
 





13/02/12    Çap et