Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Ulduz Telekom» şirkəti elektron ticarət xidmətinə qoşulub


“Ultel” şirkəti və “AzeriCard” elektron ödəniş sistemi birgə əməkdaşlığa başlayıb. “Ultel” MMC-dən verilən məlumata görə, abunəçilərin xidmət haqlarının ödənişi sahəsində rahatlığını təmin etmək məqsədi ilə "onlayn" ödəmə sistemi tətbiq olunub. Belə ki, hazırda «Ultel»in abunəçiləri istənilən zaman internet və telefon rabitə haqlarını onlayn rejimində ödəyə bilərlər.

Ödəmə “VİSA”, “VİSA Electron”, “MasterCard” və “Maestro” plastik kartları vasitəsi ilə “www.ultel.az”, “www.azericard.com” və s. internet saytlarında aparılır. Sözügedən xidmət internetdə elektron bank kartlarından ən təhlükəsiz istifadə imkanı verən “3D Secure” sistemi əsasında mümkün olub.
 





13/02/12    Çap et