Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycana qanunsuz idxal olunan mobil cihazlar aşkarlanacaq
Fevral ayından etibarən Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların “İMEİ” (İnternational Mobile Equipment İdentification) kodlarının monitorinqinə başlanılıb. “İMEİ” kodların monitorinqi ölkəyə qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə edilən mobil cihazları üzə çıxarmağa imkan verəcək.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, monitorinq nəticəsində saxta “İMEİ” kodları olan mobil cihazlar da aşkar olunacaq: ”Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Monitorinq Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 28 dekabr 2011-ci il tarixli qərarına əsasən həyata keçirilir”. Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompyuterlər (məs. iPad) arasında aparılır: ”Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir”.
Qyed edək ki, “İMEİ” - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın “İMEİ” kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar.
HƏQİQƏT
13/02/12 Çap et