Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Anonymous” haker qruplaşması İsrail hökumətinə müraciət edib (VİDEO)
“Anonymous” haker qruplaşması İsrail hökumətinə video vasitəsi ilə müraciət ediblər. Videoçarx ənənəvi olaraq “YouTube” videohostinqində yerləşdirilib. Hakerlər bəyan ediblər ki, onların hərəkətləri ilk növbədə yəhudi dövlətinin İran dövlətinə hücumunun qarşısının alınmasına yönəlib.
"Kütləvi informasiya vasitələri (KİV) və siyasi lobbizmin köməkliyi ilə siz çoxlu tərəfdar toplamısınız. Siz demokratiya tərəfdarı olduğunuzu iddia edirsiniz, lakin əslində bu, həqiqətdən uzaqdır. Sizin hədəfiniz seçilmiş insanların həyatını yaxşılaşdırmaqdır" - hakerlər bildiriblər.
“Anonymous” haker qruplaşmasının aktivistləri iddia ediblər ki, İsrail hökuməti hakerlərin hücumlarını İsrailə qarşı səlib yürüşü kimi qiymətləndirə bilər. Hücum 3 mərhələdən ibarət olacaq.