Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil müayinə mümkün olacaq
Azərbaycanda səhiyyənin daha da modernləşdirilməsi istiqamətində yeni bir addım atılacaq. Bu, ölkəmizdə “3G” xidmətinin tətbiqinin həyata keçirilməsi ilə mümkün olacaq. Belə ki, “Azərfon” MMC-dən verilən məlumata görə, yaxın vaxtlarda ökəmizdə mobil müayinə mümkün olacaq.
Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla yanaşı, səhiyyə xidmətlərində də inqilab sayıla biləcək yeniliklərdəndir .
Bu texnologiyanın dəstəyi ilə birlikdə həkim xəstənin cib telefonundan onu rentgen edə, qeydə alınmış görüntüləri birbaşa təhlil edərək nəticələr haqqında o andaca xəstəyə məlumat verə bilər.Qeyd edək ki, bu xidmətin Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada nümunələri var.
14/02/12 Çap et