Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti “Google” və “Motorola” şirkətləri arasındakı sazişi təsdiqləyib


ABŞ-ın Ədliyyə Nazirliyinin Antiinhisar komitəsi “Motorola Mobility” şirkətinin “Google” şirkəti tərəfindən satın alınması sazişini təsdiqləyib.

“Google” şirkəti “Motorola Mobility” şirkətini 12.5 milyard dollar dəyərinə satın almasını 2011-ci il avqust ayının 15-i tarixində elan etmişdi. Həmçinin, bir gün əvvəl Avropa Komissiyası da “Motorola” şirkətinin “Google” şirkəti tərəfindən satın alınmasını təsdiqləyib.

“Motorola” şirkəti “Googe” şirkətinin məhsulu olan “Android” mobil əməliyyat sistemində hazırlanan mobil qurğuların ən iri istehsalçılarından biridir. “Google” şirkəti “Motorola”nı satın almaqla “Android”  platformasının rəqabətə davamlılıq qabiliyyətini artırmağı planlaşdırır.

Bundan əlavə, “Motorola” şirkəti iri patent portfoliosuna malikdir. Beləliklə, “Motorola” şirkətini satın almaqla “Google” rəqiblərinə qarşı daha müvəffəqiyyətli mübarizə aparacaq.



EMİL





14/02/12    Çap et