Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci il Olimpiada oyunlarının nümayişi “3D” rejimində


2012-ci il Olimpiya oyunları “3D” etdirilməlidir. Bu bəyanatla “Panasonic” şirkətinin Britaniya bölməsinin rəhbəri Kit Evans çıxış edib.
Evansın sözlərinə görə, əgər oyunların translyasiyası “3D”-də aparılmasa, onda irimiqyaslı dünya hadisəsinin nümayişini yeni səviyyəyə keçirmək şansı əldən veriləcək. O, Olimpiadanın sponsoru olan “Panasonic” şirkətinin televiziya translyasiyasını “3D”-də aparması üçün lazımi texnologiyalara malik olduğunu bildirib.
“The Drum” nəşri qeyd edib ki, 2010-cu ildə “Sky Sports” kanalı “Ryder Cup qolf” çempionatındakı yarışlardan “3D” translyasiyasını aparıb. Ancaq bu gün “3D” televiziya verilişləri hələlik çox yayılmayıb.
Qeyd edək ki, 2012-ci il Olimpiada oyunları Londonda keçiriləcək. Oyunların açılış mərasimi iyul ayının 27-nə planlaşdırılıb.




02/07/11    Çap et