Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur oyun “Facebook” sosial şəbəkəsində


“Rovio” şirkətinin mobil qurğular üçün “Angry Birds” populyar oyunu  “Facebook” sosial şəbəkəsində də istifadəyə verilib.

Oyunun yaradıcıları “Facebook” sosial şəbəkəsindəki xüsusi səhifədə  bildiriblər ki, “Angry Birds” oyunu resursda fevral ayının 14-ü tarixində istifadəyə veriləcək. 170 mindən çox istifadəçi bu hadisəni gözlədiklərini qeyd etmişdilər. Lakin “Angry Birds” əlavəsi artıq 13 fevralda istifadəyə verilib.

Bundan əvvəl “Rovio” şirkəti “Angry Birds” oyununu “Google+” sosial şəbəkəsində təqdim etmişdilər. Şirkət xüsusi olaraq bu resurs üçün oyunun mobil versiyasında olmayan bir neçə yeni səviyyə hazırlamışdı.
Məlumat üçün qeyd edim ki, Finlandiyanın “Rovio” şirkətinin əsası 2003-cü ildə qoyulub.





EMİL
 
 





14/02/12    Çap et