Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çexiya dövləti tamamilə rəqəmli televiziya yayımına keçib
Çexiya dövləti tamamilə rəqəmli televiziya yayımına keçib,- Çexiyanın “ÇTK” informasiya agentliyi bildirib.
Çexiyanın “Nova” telekanalı bazar ertəsi son 2 televiziya analoq retranslyatorunu dayandırıb.
Çexiyanın İctimai televiziyası 2011-ci il noyabr ayının 30-u tarixində analoq televiziya yayımını dayandırıb. “Prima” televiziya şirkəti 2012-ci il yanvar ayının 1-i tarixindən rəqəmli yayıma keçib.
Çexiya dövləti rəqəmli televiziya yayımına 2000-ci ildən tədricən keçməyə başlayıb.
EMİL
14/02/12 Çap et