Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azevrotel” MMC İP TV xidmətini genişləndirməyi planlaşdırır


Hazırda “Azevrotel” MMC-nin xidməti ərazisində İP TV xidmətinin geniş şəkildə tətbiq olunması nəzərdə tutulur. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MMC-nin texniki məsələlər üzrə direktor müavini Eynulla Alquliyev məlumat verib. Onun sözlərinə görə, indi bu xidmətdən istifadə edənlərin sayı 600-dən artıqdır.

MMC-nin digər xidmətləri ilə müqayisədə İP TV  istifadəçilərinin sayı azlıq təşkil edir. Bu səbəbdən hazırda bu xidmətin genişləndirilməsi istiqamətində xüsusi tədbirlər həyata keçirilir.






CAHANGİR




15/02/12    Çap et