Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Amerikanın “birja saytlarına hücum ediblər


Amerikanın “NASDAQ” və ”BATS” birja təşkilatlarının saytları 2 gün əvvəl  hakerlər tərəfindən həyata keçirilmiş “DDoS” hücumlarının hədəfi olublar. Nəticədə veb-resursların işində problemlər yaşanıb, birja nümayəndələrinə istinadən “Röyters” xəbər agentliyi məlumat verib.

Xəbər agentliyinin məlumatına görə, “www.nasdaq.com” saytında uzun müddət yalnız birja loqosu olan banner görsənib. Hakerlər birjanın əsas saytından əlavə, həmçinin “www.nasdaqtrader.com” resursuna da hücum ediblər,- “Röyters” xəbər agentliyi yazıb.

“NASDAQ” birjasının nümayəndəsi Cozef Kristinatın (Joseph Christinat) sözlərinə görə, “DDoS” hücumlar seriyası bazar ertəsi gecə başlanıb, lakin birja hələ onun təşkilatçılarını aşkar edə və nəticələrin aradan qaldırılması müddətini müəyyən edə bilmir.

Saytın fəaliyyətindəki problemlər səhmlərin ticarətinə təsir etməyib, çünki “NASDAQ”-ın korporativ veb-resursları birjanın ticarət sistemi ilə bağlı deyil,- o bildirib. "Veb-sayt “sındırılmayıb”, heç kim məlumatlara giriş əldə edə bilməyib. Onlar yalnız istifadəçilərin resursa girişini blok etməyə çalışıblar" - Kristinat qeyd edib.

Kanzas ştatında yerləşən “BATS” birjasının nümayəndəsi onların korporativ resursuna da “DDoS” hücumlar edildiyi faktı haqqında məlumat verib. "Hücum bizim ticarət sisteminə təsir etməyib" - o qeyd edib.

Məlumat üçün qeyd edim ki, Amerikanın birja saytları artıq birinci dəfə deyil ki haker hücumlarına məruz qalırlar. Hakerlər 2010-cu ildə “NASDAQ”-ın  kompyuter sisteminə daxil olmuş və sistemə ziyanverici proqram təminatı quraşdırmışdılar. Hakerlər həmin proqram təminatı sayəsində şirkət rəhbərlərinin hərəkətlərini izləyə biliblər.



EMİL





15/02/12    Çap et