Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” xidməti trafikin şifrlənməsini bütün istifadəçilər üçün aktivləşdirib


Populyar “Twitter” mikrobloq xidməti “HTTPS” təhlükəsiz protokolunu bütün istifadəçilər üçün başlanğıc ayar kimi aktivləşdirib.
Təhlükəsiz protokoldan istifadə edilməsi istifadəçilər tərəfindən ötürülən məlumatların təhlükəsizliyini təkmilləşdirməyə kömək edəcək.

Belə ki, istifadəçi simsiz əlaqə üzrə qoşulduqda adi “HTTP” protokolundan istifadə zamanı kibercinayətkarlar xüsusi proqramlar vasitəsi ilə hesabdan yalnız şifrəni deyil, həm də məxfi məlumatları ələ keçirə bilərlər.

“HTTPS” (Hypertext Transfer Protocol Secure) protokolu “HTTP” standart protokolunun genişlənməsidir. O, “SSL” və “TLS” şifrələnmə texnologiyalarını dəstəkləyir. “HTTPS” protokolundan, məsələn, “Google” şirkəti bir sıra xidmətlərində istifadə edir. “Facebook” sosial şəbəkəsinin istifadəçiləri də bu protokoldan istifadə edə bilərlər.Hazırda “Twitter” mikrobloqlar xidmətindən 200 milyondan çox insan istifadə edir.



EMİL





15/02/12    Çap et