Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMPDK-nın İnformasiya Axtarış Sistemi istifadəyə verilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) 2011-ci il ərzində standartlar, sertifikatlaşdırma qaydaları və digər normativ sənədləri özündə cəmləşdirən elektron bazanın formalaşdırılması istiqamətində bir sıra uğurlu işlər apalırıb.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın dəstəyi ilə texniki normativ hüquqi aktları özündə əks etdirən İnformasiya Axtarış Sistemi quraşdırılaraq işə salınıb.

Bu barədə   "İCTnews" elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Məlumatda bildirilir ki, ötən il Azərbaycan Respublikası adından komitənin Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) tərəfdaş üzv ölkə proqramına qoşulması işləri həyata keçirilib.

Tərəfdaş üzv ölkə proqramına qoşulmaqla komitə İEC-in elektron bazasından maneəsiz istifadə və komissiya tərəfindən qəbul edilmiş beynəlxalq standartları əldə edərək Azərbaycanda tətbiq etmək imkanları qazanıb. Əməkdaşlıq nəticəsində komitənin nümayəndələri İEC-in Texniki Komitələrində və Baş Assambleyasında iştirak etmək hüququnu da əldə ediblər.




SEYMUR




15/02/12    Çap et