Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla” şirkəti mobil qurğular üçün yeni əməliyyat sistemi təqdim edə bilər
“Mozilla” cəmiyyəti yaxın aylar ərzində portativ qurğular üçün “Boot to Gecko” (BTG) layihəsi üzrə hazırlanacaq yeni proqram platformasını təqdim edə bilər.
Yeni proqram platformasının əsasını “Firefox” veb- səyyahında tətbiq edilən “Gecko” mühərriki, həmçinin “Android” platformasının aşağı səviyyəli kodu təşkil edəcək.
Əməliyyat sistemində özünün standart telefon funksiyalarını (zənglər, “SMS”, “NFC”, “Bluetooth”) dəstəkləyən “Web API” interfeysi reallaşdırılacaq. Platformanın veb-əlavə və internet xidmətlərlə inteqrasiya olunacağı güman edilir.
“Boot to Gecko” layihəsinin hazırlanma qrafikinə əsasən, əməliyyat sisteminin təqdimatı cari rübün sonuna kimi olmalıdır.
Yeni platformanın, hər şeydən əvvəl smartfon və planşetlərdə tətbiq ediləcəyi güman edilir.
EMİL
15/02/12 Çap et