Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika alimləri yaşlanmanın qarşısını alan vasitə tapıb


Amerika tədqiqatçıları cavanlığı uzadan cövhər tapıblar. Bu barədə “New Scientist” xəbər verib.
Harvard universitetinin alimləri hələ çox qədimdən malyariya xəstəliyinin müalicəsi üçün ənənəvi Çin təbabətində tətbiq edilən bitki cövhərinin biokimyəvi təsir mexanizmini araşdırıblar və məlum olub ki, bu cövhərin aktiv inqrediyenti avtoimmun xəstəliklərin qarşısını almağa, həmçinin yaşlanma prosesini yavaşıtmaq iqtidarındadır.

Tədqiqatçıların gəldiyi nəticəyə görə, cövhərin aktiv komponenti olan  qalofuqinon xəstəliklərin inkişafına səbəb olan immun reaksiyalarını blok edir.
 
 
 





16/02/12    Çap et