Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” şirkəti FİFA U-17 Qadınlararası Dünya çempionatının Milli sponsoru oldu
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” böyük məmnuniyyətlə bildirir ki, şirkət ölkəmizdə keçiriləcək FİFA U-17 Qadınlararası Dünya çempionatını dəstəkləyən ilk Azərbaycan şirkəti olub. 14 fevral 2012-ci il tarixində Sürix şəhərində yerləşən FİFA qərargahında “Bakcell”in Baş icraçı direktoru cənab Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib.
FİFA U-17 Qadınlararası Dünya çempionatı 2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-nə qədər Bakı və Lənkəran şəhərlərində keçiriləcəkdir. “Bakcell” şirkəti bu yarış üçün yerli səviyyədə mühüm dəstək göstərəcək və FİFA təşkilatına və yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edəcəkdir.
Sözügedən çempionat "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın bir hissəsidir və əsas məqsədi futbol infrastrukturunun və futbol sahəsində təhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, əhali arasında sağlam həyat tərzinin təşviq edilməsidir.
16/02/12 Çap et