Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB tərəfindən ADSL xidmətinin genişləndirilməsi işləri davam etdirilir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən əhalinin ADSL xidməti ilə təmin olunması istiqamətində işlər davam etdirilir. Sabunçu TQ-nin rəisi Nəriman Salmanovun “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, qovşağın xidməti ərazisində ADSL portlarının sayı 4704 ədəd artırılaraq 12608-ə çatdırılıb.
Görülən işlər çərçivəsində Dədə Qorqud massivində yerləşən ONU tipli 427, Məhəmmədli yeni yaşayış massivindəki 551 və Bahar bağlarında olan 458 saylı EATS-lərin hər birində 48 porta malik və Ramanı sovxozu ərazisində isə 96 portluq yeni ADSL avadanlıqları yerləşdirilib.
Hazırda qovşaq ərazisində 10000 ADSL istifadəçisi var, sərbəst internet portlarının sayı 2608 ədəd təşkil edir.
CAHANGİR
16/02/12 Çap et