Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qrafik prosessor təchizatçısının illik mənfəəti 2 dəfədən çox artıb
“NVidia” şirkəti 2011-ci ilin dördüncü rübü haqqında hesabat verib.
Qrafik prosessor təchizatçısının 3 aylıq mədaxili 953,2 milyon dollar təşkil edib. Hesabat dövründə təmiz mənfəət 171,7 milyon dollardan 116 milyon dollara qədər azalıb.
İllik mədaxil 3.5 milyard dollardan təxminən 4 milyard dollara kimi artıb. Təmiz mənfəət isə 2 dəfə artıb: əgər 1 il əvvəl “NVidia” şirkəti 253,1 milyon əldə etmişdisə, hazırda bu göstərici 581,1 milyon dollar təşkil edir.
Şirkət qarşıdakı “Mobile World Congress 2012” (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində “Tegra 3” çipləri ilə təchiz edilmiş smartfonların təqdim ediləcəyi haqqında bildirib.
“NVidia” şirkəti cari maliyyə rübündə 900-930 milyon dollara qədər mədaxil əldə etməyi planlaşdırır.
EMİL
16/02/12 Çap et