Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maye şəklində antenalar yaradılıb
“Google” şirkətinin təşkil etdiyi “Solve for X” konfransında mobil qurğuların rabitəsinin keyfiyyətinin yaxşılaşdırılması üzrə innovasiyalı texnologiya – sulu maye şəklində olan antena nümayiş olunub.
Aerozol balonunun daxilində olan sulu maye praktiki olaraq istənilən səthin üzərinə hopdurulur və smartfon, yaxud planşet ona xüsusi cihazlar vasitəsilə qoşulur. Tərtibatçıların sözlərinə görə, maye smartfonun antenasına yayılsa, qurğunun qəbul etdiyi siqnalın keyfiyyətini orta hesabla 10 faiz yaxşılaşdırmaq olar.
İcad edənlər texnologiyanın işləməsi barədə dəqiq məlumat verməsələr də, onun yalnız bir-biri ilə qarşılıqlı əlaqədə olan minlərlə nanokondensatordan ibarət olduğunu bildirirlər.
“Maye antena”ların yaxın gələcəkdə sənaye istehsalına buraxılması barədə söhbət hələ ki getməsə də, sözügedən texnologiya ilə artıq ABŞ hərbçiləri maraqlanırlar.
EMİL
16/02/12 Çap et