Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xocalı Rabitə Qovşağının daha bir poçt şöbəsi tikiləcək
Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə Xocalı Rabitə Qovşağının yeni poçt şöbəsi tikilərək qəsəbə sakinlərinin istifadəsinə veriləcək.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Xocalı Rabitə Qovşağının rəisi Cavid Əliyev bildirib. Onun sözlərinə görə, burada qəsəbə sakinlərinə bütün poçt xidmətləri göstəriləcək. Hazırda rayon rabitə qovşağı Naftalan şəhərində yerləşir.
Qeyd edək ki, ötən il 9 oktyabr Poçt işçiləri günü ərəfəsində Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında qovşağın Xankəndi poçtu istifadəyə verilib.
RƏVAN
16/02/12 Çap et