Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İspaniyada mobil texnologiyalara həsr edilmiş sərgi-konfrans keçiriləcək


Fevral ayının 27-də İspaniyanın Barselona şəhərində işə başlayan "GSMA Mobile World Congress 2012" sərgi-konfransı mart ayının 1-ə qədər davam edəcək. Tədbir mobil texnologiyalara həsr edilmiş ən böyük sərgi-konfransdır. 

Tədbir "Fira Montjuïc" sərgi mərkəzində Ümumdünya GSM Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Sərginin ekspozisiyasını  mobil innovasiyalar, mobil əlavələrin hazırlanması, açıq mobil sistemlər, mobil internet və əyləncə bölmələri təşkil edir.


Sərgi-konfransda "Vodafone", "Microsoft", "Orange", "China Mobile", "T-Mobile", "Telefonica Moviles", "Ericsson", "Motorola" və bir çox digər nəhəng İT şirkətlərinin iştirak edəcəyi gözlənilir. Beynəlxalq tədbir yalnız texnoloji yeniliklərin və son nailiyyətlərin nümayişi ilə məhdudlaşmır.

"GSMA Mobile World Congress 2012" çərçivəsində sahə üzrə seminarların, forumların və sessiyalar çərçivəsində mobil texnologiyalar sahəsində olan problemlər və perspektivlər müzakirə predmeti olacaq.

 
CAHANGİR
 





17/02/12    Çap et