Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransız və hollandlar onlayn-bankinq xidmətindən daha çox istifadə edirlər
Fransa və Hollandiya dövlətlərinin internet istifadəçiləri digər avropalılar ilə müqayisədə onlayn-bankinq xidmətindən daha aktiv istifadə edirlər. “ComScore” şirkətinin tədqiqatına belə əsasən, Hollandiyada 66% internet istifadəçisi internet-bankinq xidmətindən istifadə edir.
Tədqiqatda, həmçinin qeyd edilib ki, Hollandiyada onlayn-bankinq xidmətindən istifadə göstəricisi yalnız Avropada deyil, həm də dünyada ən yüksəkdir.
Fransada təxminən 60% internet istifadəçisi onlayn-bankinq xidmətindən istifadə edir. Üçüncü mövqedə təxminən 56% göstərici ilə İsveç dövlətidir.
Avropada onlayn-bankinq xidmətindən istifadənin orta göstəricisi bütün internet istifadəçilərinin təxminən 39%-ni təşkil edir. Məlumat üçün qeyd edim ki, 2011-ci ilin dekabr ayında Avropanın bütün ölkələrində onlayn-bankinq xidmətindən təxminən 148 milyon insan istifadə edib.
17/02/12 Çap et