Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” məşhurların hesablarının əsl olub-olmadığını yoxlayacaq
Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" məşhurların və digər ictimai şəxslərin hesablarının yoxlanması prosedurunu işə salmaq niyyətindədir. "TechCrunch" texnologiya bloqu yazıb ki, xeyli sayda abunəçisi olan istifadəçilər cümə günü öz şəxsiyyətini təsdiqləmək təklifi ilə mesaj alacaqlar.
Bunun üçün şəxsiyyəti təsdiqləyən sənədin şəklini göndərmək lazımdır. "Facebook" hesabın əslliyinin yoxlanmasından sonra həmin informasiyanı siləcək.
Hesabın təsdiqlənməsindən sonra isə istifadəçilər "Facebook"da istər yalnız ləqəbləri, istərsə də hər iki adı ilə eyni anda ola biləcəklər.
Məşhurların hesablarının yoxlanması funksiyası, həmçinin populyar "Twitter" mikrobloqlar xidmətində də mövcuddur. 2011-ci ilin avqust ayının sonunda "Google+" sosial şəbəkəsi də məşhur şəxslərin hesablarının əslliyini yoxlamağa başlayıb.Məlumat üçün qeyd edim ki, hazırda "Facebook" sosial şəbəkəsinin auditoriyası 845 milyonu ötüb.
EMİL
17/02/12 Çap et