Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni çexol “iPhone” smartfonunu su və zədələrdən qoruyacaq (VİDEO)
“Snow Lizard Products” şirkəti “iPhone 4” və “4S” smartfonları üçün qoruyucu “Aqua TEK S” çexolunu hazırlayıb.
Polikarbonatdan hazırlanmış aksessuar smartfonu zərbə və düşmə zamanı zədələrdən qoruyur. Çexolun hermetikliyi sayəsində onun içərisinə daxil edilmiş qurğu 6 metr dərinliyə qədər suyun altına salına bilər.
“Aqua TEK S” çexolunun arxa hissəsinə günəş batareyası quraşdırılıb; istehsalçılar, həmçinin əlavə akkumulyator da nəzərdə tutublar. Lakin akkumulyatorun tutumu haqqında məlumat verilməyib. Çexol elə hazırlanıb ki, “iPhone” smartfonunun sensor ekranı, düymə və kameraya giriş təmin olunur. Çexolun qiyməti təxminən 130 dollar qiymətləndirilir.