Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” “Apple”-a uduzdu


“Apple” və “Motorola Mobility” şirkətləri arasında növbəti patent döyüşündə “Kupertino” şirkəti qələbə qazanıb. Almaniya məhkəməsi ekranın blokdan çıxarılması jestinə hüququ “Apple” şirkəti üzərində saxlayıb.

Bu isə o deməkdir ki, Almaniya ərazisində “Motorola” şirkətinin “Android” smartfonlarının satışlarını qadağan edə bilərlər. Lakin bazar mütəxəssislərindən heç kəs bunun baş verəcəyinə inanmır.


Hakimin çıxartdığı qərara əsasən, “Motorola” şirkətinin mobil aparatları “Apple”-ın patentini pozur.
Analitiklərin fikrincə, “Motorola” şirkəti məhkəmənin çıxartdığı qərara şikayət edəcək. Buna görə də şirkətin smartfon satışlarına qadağa qoyulmasına qədər o, çox yəqin ki, mübahisəli jesti digəri ilə əvəz edəcək.



EMİL
 
 
 





17/02/12    Çap et