Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XİN əməkdaşlarını intellektual sınağa çəkir


Bu il fevralın 19-da Xarici İşlər Nazirliyinin əməkdaşları arasında XİN-in “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birinci çempionat keçiriləcək. XİN-in mətbuat xidmətindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, çempionatda iştirak etmək üçün adıçəkilən nazirliyin əməkdaşlarından ibarət 8 komanda artıq qeydiyyatdan keçib. Hər komanda 5 və 6 nəfərdən təşkil olunub.

Qeyd edək ki, XİN-də bu tipli intellektual oyunlar mütəmadi olaraq keçirilməkdədir. Bu məqsədlə XİN-də “Diplomat” İntellektual Klubu da təsis edilib. Artıq ikinci dəfədir ki, klub tərəfindən XİN əməkdaşları arasında çempionat keçirilir.

Xatırladırıq ki, bundan öncə ötən ilin 9 may tarixində Şahmat Klubunda XİN üzrə birinci “Breyn Rinq” intellektual oyunu təşkil edilib.


SEYMUR




17/02/12    Çap et