Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” reklamında çəkilmək istəyirsənsə, şəklini göndər


İndi hər kəs "Nar" reklamının ulduzu ola bilər. Belə ki, "Azərfon" şirkəti fevral ayının 23-dək müsabiqə elan edib. Müsabiqədə iştirak edənlərin fotoşəkillərini "daliyeva@azerfon.az" elektron poçtuna ünvanlaması kifayətdir ki, seçim prosesinə qoşulsun.

Fotoseçim müsabiqəsində qalib çıxanlar videoseçim turuna qatılacaqlar. Buradan qalib ayrılanlar isə "Nar Mobile" reklamına çəkiləcəklər.Qeyd edək ki, seçim bilavasitə "Nar" reklam çarxının rejissoru tərəfindən aparılır.





17/02/12    Çap et