Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq kiçik biznesin nümayəndələri də “Twitter”də reklam yerləşdirə biləcəklər


Populyar “Twitter” mikrobloqlar xidməti kiçik biznes nümayəndələri üçün   xidmətdə reklam almaq və yerləşdirmək imkanı yaradıb. Hərçənd bundan əvvəl bu imkandan yalnız böyük şirkətlər istifadə edə bilirdilər.

“CNBC” telekanalının iddiasına əsasən, kiçik biznes nümayəndələri öz reklam şirkətinin büdcəsini göstərə, həmçinin reklamı coğrafi əlamət üzrə hədəfləyə bilərlər. Bu halda “Twitter” nümayəndələri reklam mesajlarını istifadəçilərə nə zaman göstərəcəklərinə özləri qərar verəcəklər.

Şirkətlərin reklamları istifadəçilərin mesaj lentində reklam tviti şəklində əks olunacaq.
İlk vaxtlarda yeni xidmətdən yalnız “American Express” kartlarının sahibləri istifadə edə biləcəklər.

Bu halda proqramda qeydiyyatdan keçmiş ilk 10 min şirkət artıq mart ayında öz reklamını xidmətdə yerləşdirə biləcəklər.
Məlumat üçün qeyd edim ki, hazırda “Twitter” mikrobloqlar xidməti istifadəçilərinin sayı 200 milyonu ötür.

 
EMİL
 





17/02/12    Çap et