Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin fərdi məlumatları məxfi şəkildə köçürülərək saxlanılır


"Twitter" mikrobloqlar xidməti, həmçinin "Apple" şirkəti istifadəçilərin mobil qurğularındakı ünvan kitabçalarını xəbərdarlıq etmədən məxfi şəkildə köçürdüklərini etiraf ediblər.

Populyar "Twitter" xidmətinin mobil əlavəsi istifadəçinin mobil qurğusundakı elektron poçt ünvanı və telefon nömrələri daxil olmaqla, ünvan kitabçasını tamamilə köçürür, sonra bu informasiyanı serverlərinə göndərir və həmin informasiyanı serverdə 1.5 il ərzində saxlayır.

Mikrobloqlar xidmətinin nümayəndələri "Los Angeles Times"-a verdikləri müsahibəsində bu informasiyanı təsdiqləyiblər.

Əlavə istifadəçisi "Twitter"-də dost axtarışı (Find friends) funksiyasını aktivləşdirdikdə köçürmə prosesi baş verir.

Materialın "LA Times" səhifələrində dərc edilməsindən sonra "Twitter" xidmətinin nümayəndələri tələsik yaranmış vəziyyətlə bağlı izahat veriblər. Onlar əlavə ediblər ki, əlaqə (contact) adlarını deyil, yalnız onların poçt ünvanları və telefon nömrələrini serverdə saxlayırlar. Şirkət əvvəlki müsahibəsində isə əlaqə adlarının saxlanıldığı barədə məlumat vermişdi.

"İstifadəçilər "dost axtarışı" xidmətini aktivləşdirdikdə, onların ünvan kitabçalarından poçt ünvanları və telefon nömrələri "Twitter" xidmətinə ötürülür.

"Twitter"-dən məlumat veriblər ki, istifadəçiyə ünvan kitabçasının köçürülməsi haqqında məlumat verməyi planlaşdırırlar. Əlavələrdə sadəcə əlaqələr üzrə axtarış yerinə yetirildiyi göstərilib. Bu proses ilə isə istifadəçi artıq tanışdır.
Şirkətdən, həmçinin informasiyanı (Log Data) serverlərdə 18 ay ərzində  saxladıqları haqqında məlumat veriblər.

"Apple" şirkəti də əlaqələrin köçürülməsi və informasiyanın serverlərdə saxlanılmasının onlarla "iOS" əlavə tərəfindən həyata keçirildiyini etiraf edib. Şirkət nümayəndəsi Tom Neymor "All Things Digital" resursuna bildirib ki, gələcəkdə istifadəçidən  məlumatlara giriş imkanı üçün icazə istəyəcəklər.

Məlumat üçün bildirim ki, "Android" əməliyyat sistemində belə sorğular artıq çoxdan mövcuddur, lakin istifadəçilər onlara baxmadan razılıq verməyə öyrəşiblər.
Qeyd edim ki, əlaqələrin köçürülməsini, həmçinin "Facebook" və "Google" həyata keçirirlər.




EMİL

 






17/02/12    Çap et