Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya veb-sörfinq təhlükəsi üzrə dünyada birinci yerdədir
Rusiya istifadəçiləri dünyanın istənilən digər ölkəsinin istifadəçiləri ilə müqayisədə daha çox kibertəhlükə ilə qarşılaşırlar. Bu barədə "Kasperski Laboratoriyası"ndan bildirilib.
2011-ci ilin nəticəsinə görə Rusiya virusa yoluxma riskinin dərəcəsinə görə birinci yerə çıxıb. Məlumat üçün bildirim ki, 2010-cu ildə İraq bu göstərici üzrə birinci idi. İraqda 1 il ərzində veb-sörfinq zamanı təhlükə səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Nəticədə bu ölkə reytinqdə 1-ci yerdən 8-ci yerə düşüb. Rusiya dövləti isə əksinə, üçüncü yerdən 1-ci yerə qalxıb.
İkinci yeri 54,8% göstərici ilə Oman dövləti tutub. ABŞ isə reytinqdə beşinci yerdən üçüncü yerə qalxıb.
2011-ci ildə ən əhəmiyyətli dəyişikliklər reytinqin aşağı hissələrində baş verib. Reytinqin aşağı hissəsində vəziyyət praktik olaraq tamamilə yenilənib.
2010-cu ildə göstəriciləri 19%-20% arasında dəyişilən Almaniya, Yaponiya, Lüksemburq, Avstriya və Norveç dövlətləri artıq risk qrupuna keçiblər. Danimarka istisna olmaqla, təhlükəsiz ölkələr qrupundakı dövlətlər tamamilə yenidir.
EMİL
17/02/12 Çap et