Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda rəqəmli TV üçün yeni telestansiya tikiləcək


Bakı şəhərində rəqəmli televiziyanın yayımının genişləndirilməsi və keyfiyyətli yayımının təmin edilməsi məqsədilə yeni stansiyanın tikintisi planlaşdırılır. Bu barədə İCTnews-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, yeniliyin tətbiqindən sonra paytaxtda yayımlanan kanalların sayı 12-dən 22-yə çatdırılacaq. Texniki direktor gələn ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb. Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.




04/07/11    Çap et