Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti “Android”in tənəzzülünü və “webOS”-un dirçəlişini proqnozlaşdırır


"HP" şirkəti hesab edir ki, "Google" və "Motorola" şirkətləri birləşdikdən sonra "Android" əməliyyat sistemi (ƏS) əsas üstünlüyündən – açıq platforma olmaqdan məhrum olacaq.

Belə ki, internet-korporasiya bu platformanı qapalı edəcək və bu addım ƏS-nin sonrakı yayılması və inkişafına öz mənfi təsirini göstərəcək. "Sənaye üçün digər ƏS lazımdır" – "HP" şirkətinin direktoru Meq Uitman bildirib.

Xanım Uitmanın fikrinə görə, məhz "webOS" ƏS-i sənaye üçün digər əməliyyat sistemi ola bilər. Bu fikrin həyata keçməsinə uzun müddət, təxminən 4 il lazım olmasına baxmayaraq, lakin "HP" şirkəti səbirlə o günü gözləyəcək,- xanım Meq Uitman əlavə edib.Məlumat üçün qeyd edim ki, "webOS" ƏS cari ilin sentyabr ayında tamamilə açıq platforma olacaq.




 
EMİL
 





18/02/12    Çap et