Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il informasiya və rabitə müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqı 10,4 faiz artaraq 575,7 manat olub
2011-ci ildə nəqliyyat müəssisələrində işləyən 64,7 min muzdlu işçinin 76,3 faizi dövlət müəssisələrində, 23,7 faizi özəl bölmədə çalışıb. İşçilərin 55,6 faizi yerüstü və boru kəməri, 14,6 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.
Komitə bildirir ki, 2010-cu illə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 18,5 faiz artaraq 447,0 manat olub. Bu göstərici hava nəqliyyatında 932,9 manat, dəniz nəqliyyatında 588,3 manat, avtomobil nəqliyyatında 435,2 manat təşkil edib.
Əməkhaqqı hava nəqliyyatında 36,3 faiz, avtomobil nəqliyyatında 12,8 faiz, dəniz nəqliyyatında 8,8 faizlik artımla müşahidə olunub.İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,6 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 10,4 faiz artaraq 575,7 manat olub.
SEYMUR
18/02/12 Çap et