Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twtter.com” sahibi 156 min dollar cərimə olunub
“Wikapedia.com” və “Twtter.com” saytlarının sahibləri 156 min dollar cərimə olunublar. Belə iri məbləğdə cərimə olunmağa yalnız ünvan və ticarət brendləri sahiblərinin tələbləri deyil, həm də maliyyə fırıldaqları səbəb olub.
“Wikapedia.com” və “Twtter.com” görünüşcə “Wikipedia” və “Twitter” saytlarına oxşayırdı. İstifadəçilər klonların əsas səhifəsinə daxil olduqda onlara müəyyən mükafat əldə etmələri barədə məlumat verilirdi,- “Mashable” resursu bildirib.
Mükafatı almaq üçün isə anket doldurmaq lazım idi. Suallar “SMS” vasitəsilə göndərilirdi. Hər cavab sadəlövh britaniyalılara 2.3 dollara başa gəlib. Zərərçəkmişlərdən biri bildirib ki, “Apple” şirkətinin “iPad” planşetini əldə etmək üçün toplam olaraq 98 dollar ödəyib.
Yerli tənzimçi edilmiş şikayətlər əsasında saytları bağlayıb. Amsterdamda yerləşən “R&D Media Europe” və “Unavalley BV” şirkətləri isə hər biri 156 min dollar dəyərində cərimə ediliblər. Bundan əlavə, onlar aldatdıqları şəxslərin pullarını da qaytarmalıdırlar.
EMİL
18/02/12 Çap et