Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” istifadəçilərini izləyirmiş


“Google” internet şirkəti “iPhone” smartfonu, “iPad” planşeti və “Mac” kompyuterlərində quraşdırılan “Safari” veb-səyyahının istifadəçilərinin hərəkətlərini izləyirmiş. Axtariş nəhəngi bu addımı ilə fərdi məlumatların məxfilik normalarını pozub,- Stenfords Universitetinin tədqiqatına istinadən “The Wall Street Journal” bildirib.

Stenfords Universitetinin tədqiqatlarına görə, “Google” şirkəti “DoubleClick” reklam sistemi vasitəsilə bilərəkdən “Safari” veb-səyyahındakı məxfilik sazlamalarından birinə məhəl qoymayıb. Məlumat üçün bildirim ki, həmin məxfilik sazlaması başlanğıc ayar kimi saytlara ziyarət tarixinin saxlanılmasını blok edir.

Stenford nümayəndəsi Conatan Mayerin məlumatına görə, bu insident potensial olaraq milyonlarla “Safari” istifadəçisinə zərər vura bilərdi.

“Google” şirkəti bildirib ki, “Safari” veb-səyyahında həmin funksiyadan keçən il, "+1" düyməsi istifadəyə veriləndən istifadə etməyə başlayıb. Əgər istifadəçi və ya onun dostları “Google+” platformasında hər hansı məzmunu "+1" düyməsi ilə qeyd edərdilərsə, o zaman sistem onların qeydlərini yadda saxlayır və axtarış nəticələrinə düzəliş edirdi.
 
İstifadəçilərin "+1" düyməsini qeyd etmələrini daha effektiv izləmək üçün “Google” şirkəti öz serverləri ilə “Safari” veb-səyyahı arasında müvəqqəti bağlama yaradırdı. "Safari veb səyyahı və Google serverləri arasında ötürülən informasiya isə anonim saxlanılırdı. Bunun üçün biz  istifadəçinin qurğusunda olan fərdi məlumatlar və ziyarət edilən səhifələr arasında sanki baryer yaradırdıq" – “Google” şirkətinin nümayəndəsi Reyçel Uetstoun  “Bloomberg” agentliyinə bildirib.

“Kənar şirkətlərin vaxtaşırı olaraq şəxsi maraqlar naminə bilərəkdən veb səyyahın məxfilik  sistemindəki çatışmazlıqlardan istifadə etməyə çalışdığından xəbərdardırıq, “Apple”-ın nümayəndəsi Bil Evans “Bloomberg” agentliyinə bildirib. "Biz bu problemləri aradan qaldırmaq üzərində işləyirik" - o əlavə edib.
 
EMİL





18/02/12    Çap et