Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Haker və proqramçılar üçün “Android erası” yekunlaşıb


Azərbaycanda informasiya texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan "Hackathon Azərbaycan Android Erası" yarışması artıq yekunlaşıb. Bu münasibətlə - 19 Fevral 2012-ci il tarixində saat 10-da Qafqaz Universitetində "Hackathon Azərbaycan Android Erası" yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə yarışma müddətində hazırlanmış layihələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Qafqaz Universitetindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, "Hackathon" – haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları, eyni zamanda, yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon"un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmasıdır: "Hackathon Azərbaycan"  sözügedən hadisəni ölkəmizdə təşkil edən bir layihədir.

"Baku Google Technology User Group" tərəfindən yaradılan bu layihənin əsas məqsədi yerli proqramçıların və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir".Qeyd edək ki "Android erası" müsabiqəsi "Huawei" və "Unibank"ın sponsorluğu ilə təşkil olunur.


HƏQİQƏT





18/02/12    Çap et