Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AzScienceNet şəbəkəsində Eduroam xidməti istifadəyə verilib
TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatı 2005-ci ildə Avropa ölkələrinin elm və təhsil müəssisələrinin şəbəkələrində eduroam xidmətlərinin yaradılmasını təsdiq edib.
Eduroam xidməti elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir.
Bu təşkilatın tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçib. Hal-hazırda AMEA-nın institut və təşkilatlarında Milli Eduroam serverinin infrastrukturu qurulur.
20/02/12 Çap et