Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ermənilər “Google”, “Apple” və “Microsoft”u ittiham edib
Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan "Google"də keçən həftə ermənilər pis bir sürprizlə qarşılaşıb. Məlumata görə, fevralın 18-də "google translate" xidməti "erməniləri sevirəm" sözünü "I love Turkey" (Türkiyəni sevirəm) kimi tərcümə edib.
"Google"də olan bu səhvi ilk dəfə livanlı fəal Seruj Baqdasaryan görüb. Dünyanın müxtəlif yerlərində olan ermənilərlə əlaqə yaradan Baqasaryan bu vəziyyətin qarşısını almağa müvəffəq olub.
Qeyd edək ki, "Google" rəsmiləri baş verənlər barədə açıqlama verməyib. Amerikada yaşayan ermənilər isə "Google", "Apple" və "Microsoft"u erməni əleyhdarı olmaqda ittiham edib.
20/02/12 Çap et